logo

Gitanas Nauseda Litvanın yeni prezidentidir

13:30 27-05-2019 | icon 3192
Gitanas Nauseda Litvanın yeni prezidentidir

Litva Mərkəzi Seçki Komissiyası mayın 26-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

İqtisadçı Gitanas Nauseda 74 faiz səs toplayaraq Litva prezidenti seçilib.

Gitanas Nausedanın 55 yaşı var. O, namizədliyini şəxsi təşəbbüsü ilə irəli sürmüşdü.

Xatırladaq ki, mayın 12-də keçirilmiş Litvada  prezident seçkilərinin birinci turunda heç bir namizəd lazımı qədər səs toplaya bilməyib. Səslərinin 31,1 faizini toplayan Qitanas Nauseda və hazırki baş nazir Saulyus Skvernyalis (26,93 faiz) ötən gün keçirilən ikinci mərhələdə  təkrar seçici səsləri uğrunda mübarizə aparmalı olublar.