logo

Hidayət Heydərov Çin "Qran-Pri"sində qızıl medal qazanıb

18:29 25-05-2019 | icon 3444
Hidayət Heydərov Çin "Qran-Pri"sində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən "Qran-Pri" turnirində qızıl medal qazanıb.

YeniAvropa xəbər verir  ki, turnirin ikinci günündə mübarizəyə qoşulan H.Heydərov (73 kq) finala gedən yolda Yunanıstan, Rusiya, Kanada və İsveç cüdoçularını məğlub edib. O, həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvortov ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz Hohhot Qran-Prisinin qalibi olub.

"Qran-Pri"də 43 ölkədən 300-dən çox cüdoçu mübarizəyə qoşulub.

Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin də qalibi adını qazanıb.