Bakıda “Odun oğurlanması. Prometeydən neftə qədər” adlı sərgisi açılacaq
Mayın 31-də “Kapelhaus” Almaniya-Azərbaycan Mərkəzində “Odun oğurlanması. Prometeydən neftə qədər” adlı sərgisi açılacaq.
Mərkəzdən YeniAvropa-ya bildirilib ki, kuratorları Alfons Huq və Əsli Səmədova olan sərgi çərşənbə və bazar günü də daxil olmaqla saat 13:00-19:00-dək ziyarətçilər üçün açıq qalacaq.
Prometey haqqında əfsanənin və xam neftin ilk dəfə sənaye yolu ilə çıxarılmasının mənşəyinin eyni dağlıq ərazidə olması yəqin ki, təsadüfi deyildir. Yunan mifologiyasına görə Prometey odu tanrılardan oğurlayır və onu insanlara gətirir. Cəza olaraq o, Zevs tərəfindən Qafqaz dağlarında bir qayaya zəncirlənir. Azərbaycan “Odlar Yurdu” ölkəsi kimi tanınır və beləliklə onun paytaxtı da odun qoruyucusu, sanki Vesta rahibəsidir.
Odgətirən və ustad olaraq, Prometey (yunanca: qabaqcadan düşünən) insan sivilizasiyasının yaradıcısıdır.
Hələ antik dövrdə Prometeyin taleyi təsirli ədəbi süjet və təsviri incəsənətdə sevilən bir motiv idi. İntibah dövründən bəri çoxsaylı şairlər, yazıçılar, rəssamlar, heykəltəraşlar və bəstəkarlar bu mövzuya müraciət ediblər. Bu mif həm də fəlsəfi düşüncəyə davamlı olaraq təkan vermişdir. Dini tənqidi baxımdan Prometey cəhalətdən və dini istismardan azadlığın təməlini qoymuş cəsur qiyamçı prototipi idi. Müasir dövrümüzdə Prometey elmi-texniki tərəqqinin və insanların təbiət üzərində artan hökmranlığının simvoludur. Bu səbəbdən o, tarixi- fəlsəfi perspektivdən asılı olaraq müxtəlif cür dəyərləndirilir: tərəqqi optimistləri üçün o, bəşər emansipasiyasının təcəssümüdür, bundan fərqli olaraq sivilizasiya tənqidçiləri Prometey impulsunun ziddiyyətli və şübhəli olduğunu düşünür və insanın mümkün qədər qeyri-məhdud hakimiyyət həvəsi və Allahlıq iddiasını problem olaraq görürlər.
Əgər neft bir tərəfdən böyük enerji potensialına əsaslanaraq dünyanın bir çox yerlərində iqtisadi tərəqqi və rifahı mümkün edibdirsə, digər tərəfdən böyük ekoloji ziyanlara, geosiyasi münaqişələrə və sosial gərginliklərə səbəb olub.
Neft geosiyasətində Bakının xüsusi rolu var. Belə ki, burada XIX əsrdə ilk dəfə irimiqyaslı sənaye neftinin istehsalı baş tutub. XX əsrin əvvəllərində qlobal neft istehsalının demək olar ki, yarısı tezliklə ilk “neft şəhəri”nə çevrilən və hər cür sahibkarları cəlb edən Azərbaycan paytaxtının payına düşürdü.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır