logo

ATU-nun Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzi xəstəliklərinin pulsuz müayinəsi aparılacaq

18:50 23-05-2019 | icon 7868
ATU-nun Tədris Cərrahiyyə Klinikasında qalxanabənzər vəzi xəstəliklərinin pulsuz müayinəsi aparılacaq

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 25 may - Dünya Qalxanabənzər Vəzi Günü ilə əlaqədar ödənişsiz tibbi aksiya keçiriləcək.

Universitetin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, bu münasibətlə klinikada mayın 24-də saat 9:00-dan 18:00-dək qalxanabənzər vəzi xəstəliklərinin ödənişsiz müayinəsi aparılacaq. Müayinə və müalicə klinikanın cərrah endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov tərəfindən keçiriləcək.

Kampaniyaya həkim konsultasiyası və ultrasəs müayinəsi daxildir.