Moldova prezidenti İqor Dodon koalisiya formalaşdırılmadığı halda, iki həftə müddətində parlamenti buraxacağını bəyan edib.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki, prezident deputatlara təcili öz aralarında arazılığa gələrək parlament çoxluğu məsələsini həll etməyi tövsiyyə edib. Əks halda İqor Dodon öz konstitusion hüququndan istifadə edərək parlamenti buraxacağını və ölkədə yeni növbədənkənar parlament seçkiləri təyin edəcəyini bildirib.
"Seçkilər fevralın 24-də başa çatıb. Bizim isə hələ nə parlament sədrimiz var, nə də ki, qanuni fəaliyyət göstərən hökumətimiz. Buradan deputatlara müraciət edirəm: ya öz işinizin öhdəsindən gəlin, ya da ki, növbədənkənar seçkilərə gedin", -deyə prezident vurğulayıb.