Türkiyəli hərbçilər Rusiyada "S-400" üzrə təlimlərə başlayırlar
Türkiyənin müdafiə naziri Hulusi Akar "S-400" zenit-raket komplekslərinin istifadəsi üzrə təlimlər keçmək üçün Ankaranın Rusiyaya hərbçilər göndərdiyini bildirib.
YeniAvropa bu barədə “Milliyet” qəzetinə istinadla xəbər verir.
“Biz öz hərbçilərimizi S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlim keçmək üçün Rusiyaya göndərmişik. Təlimlər bu gündən başlayacaq və bir neçə ay davam edəcək. Personalın sayı daim dəyişəcək, hər birinin öz xüsusiyyəti var”, - deyə hərbi qurumun rəhbəri bildirib.
Hulusi Akar, həmçinin Ankaranın "S-400" zenit-raket kompleksləri ilə bağlı Vaşinqtonla danışıqları davam etdirdiyini və eyni zamanda, ABŞ tərəfindən sanksiyalara hazırlaşdığını vurğulayıb. Türkiyənin müdafiə naziri ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin çatdırılması üzrə yeni təkliflər irəli sürdüyünü də qeyd edib.
“Hazırda “Patriot” komplekslərinin satış qiyməti, texnologiyaların ötürülməsi və müştərək istehsalat üzrə danışıqlar aparılır”, - deyə Hulusi Akar bildirib.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya "S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin "S-400" kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Ankara bu sövdələşməyə görə ABŞ və NATO ölkələrinin kəskin tənqidinə məruz qalıb.
Uzaq məsafəli zenit raket sistemi - "S-400 Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığının məlumatına görə, "S-400" sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir