Daha iki Çin şirkəti “Boeing”dən təzminat tələb edib
Çinin “Air China” aviakompaniyası 737 MAX təyyarələrinin uçuşlarının dayandırılması ilə əlaqədar “Boeing” korporasiyasından təzminat tələb edib.
YeniAvropa "Sinxua" informasiya agentliyinə istinadla xəbər verir ki, “Air China” kompaniyası, həmçinin əvvəlcə sifariş olunan laynerlərin çatdırılmasının mümkün olmaması səbəbindən itkilərin ödənilməsini istəyib. Çinin “China Southern Airlines” aviadaşıyıcısı da eyni səbəblərdən “Boeing” korporasiyasının təzminat ödəməsi tələbini irəli sürüb.
“China Southern Airlines” aviakompaniyası “Boeing” korporasiyasından təzminat tələb edən üçüncü Çin şirkətidir. Bundan öncə mayın 21-də “China Eastern Airlines” kompaniyası da 14 ədəd 737 MAX təyyarəsinin uçuşunun dayandırılması və əvvəl sifariş olunan laynerlərin çatdırılmasının mümkün olmaması səbəbindən itkilərin ödənilməsini istəmişdi.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, beş ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkə, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq hər iki təyyarədə MCAS (Maneuvering Characteristics Augmentation System) sisteminin işində nasazlıq olduğunu etiraf edib.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir