Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq
Avropa İttifaqının Şurası plastik qabların istifadəsi ilə əlaqəli yeni məhdudiyyətlərin qoyulması ilə bağlı qanunu qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, 2021-ci ildən başlayaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarla yanaşı, çəngəl, bıçaq, pambıq və su çubuqlarının istifadəsi qadağan olunur. Eyni zamanda, İttifaq ölkələri 2029-cu ilə kimi plastik şüşələrin yığılmasının 90 faiz təmin edilməsi barədə razılığa gəliblər. Qərar Avropa İttifaqında birdəfə istifadə olunan plastik məhsulların qadağa olunması ilə bağlı sonuncu mərhələni əhatə edib.