Əfqanıstanın Hilmənd əyalətində aviasiya zərbəsi zamanı yol verilən səhv nəticəsində azı 17 polis əməkdaşı həlak olub, 14 nəfər isə yaralanıb.
YeniAvropa "Associated Press" agentliyinə istinadla xəbər verir ki, insident mayın 16-da Laşqargah əyalətinin administrativ mərkəzi yaxınlığında polislə “Taliban” hərəkatı arasında gedən döyüş zamanı qeydə alınıb.
Hələlik zərbənin Əfqanıstan və yaxud ABŞ aviasiyası tərəfindən vurulduğu məlum deyil.