logo

Yaxın günlərdə UEFA Avrliqasının final oyununa bilet satışına başlanacaq

15:40 16-05-2019 | icon 3087
Yaxın günlərdə UEFA Avrliqasının final oyununa bilet satışına başlanacaq

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa bilet satışının üçüncü mərhələsi yaxın günlərdə həyata keçiriləcək.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb. Sonra isə Bakıda müxtəlif satış nöqtələrində biletlərin fərdi satışı təşkil olunub. Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.