Ukrayna Ali Radası yeni prezident seçilmiş Vladimir Zelenskinin andiçmə mərasiminin mayın 20-də keçirilməsi barədə qərar qəbul edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Ali Radada inauqurasiya mərasiminin tarixi ilə bağlı 7 layihə müzakirəyə çıxarılıb. Təklif olunan günlər mayın 17, 19, 20, 26, 28 və iyunun 1-i olub.
Ali Radada səsvermə nəticəsində böyük səs çoxluğu ilə inauqurasiyanın mayın 20-də keçirilməsi barədə qərar qəbul edilib.