Türkiyənin 2019-2020-ci illər üçün nəzərdə tutulan yeni təhsil sisteminə görə, ölkədə təhsil ili bir həftə irəli çəkilərək sentyabrın 9-da başlayacaq.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Ziya Selçuk 2019-2020-ci təhsil ili üçün nəzərdə tutulan yeni təhsil sistemi ilə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, bundan əlavə, ölkədə hər il 13 həftə davam edən yay tətilinin iki həftəsinin aprel və noyabr aylarına, hər ay bir həftə olmaqla keçirilərək qısaldılması planlaşdırılır.
Bu tətillər zamanı elm, mədəniyyət, idman, gəzinti, sərgi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.