Papua-Yeni Qvineya yaxınlığında 7,7 bal gücündə zəlzələ olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Havay adalarında yerləşən Sakit okean Sunami Xəbərdarlığı Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Kokopo şəhərindən 28 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. Qeyd edilir ki, dəniz səthində çalxalanma yaxın bir neçə saatda davam edib.
Əlavə olaraq bildirilir ki, 30 santimetr hündürlükdə sunami dalğaları İndoneziya, Yaponiya, Filippin və Sakit okeanda yerləşən digər ölkələrin sahillərinə çata bilər.
Xatırladaq ki, Papua-Yeni Qvineyada ötən ilin fevralında baş verən 7,5 bal gücündə zələzlə nəticəsində 100-dən çox insan həlak olmuşdu.