Ankara Baş prokurorluğu FETÖ terror təşkilatının keçmiş polis əməkdaşlarından ibarət fəal qrupa qarşı daha bir sanksiya qəbul edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sanksiyaya əsasən 64 FETÖ üzvünün həbs olunması üçün Ankara, Antalya, Çorum, Mersin, Kayseri, Kırıkkale, Yozgat və Kahramanmaraş şəhərlərində eyni vaxtda antiterror əməliyyatı keçirilib. Terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 46 keçmiş polis əməkdaşı həbs olunub.