Mayın 12-də Litvada keçirilən prezident seçkilərinin birinci mərhələsi başa çatıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ikinci mərhələyə səslərinin 31,1 faizini toplayan Qitanas Nauseda və hazırki baş nazir Saulyus Skvernyalis (26,93 faiz) çıxıblar. Sosiologi sorğulara əsasən lider hesab olunan İnqrida Şimonite isə üçüncü yeri tutub.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə, seçkidə səsvermə hüququ olan əhalinin 55 faizi iştirak edib.
Səsvermənin son nəticələri bu gün açıqlanacaq.