logo

Litvada prezident seçkiləri keçirilir

12:48 12-05-2019 | icon 3339
Litvada prezident seçkiləri keçirilir

Litvada yeddinci prezident seçkilərində bü gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu gün eyni zamanda, ölkədə ikili vətəndaşlığı tətbiq etmək və deputatlar korpusunun 15% qısaldıması ilə bağlı iki referendum da keçirilir.

Qeyd edək ki,  Litvada ümumilikdə  2,8 milyon insan yaşayır və  ölkə əhalisinin  təqribən 2,6 milyonu səsvermə hüququna malikdir .

Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən artıq səs toplamalıdır.

Xatırladaq ki, 3 gün əvvəl prezident seçkiləri ərəfəsində son rəy sorğusunun nəticələri açıqlanıb. “Baltixos tirimai” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə ilk turda prezidentliyə namizədlər arasında heç kimin mütləq səs çoxluğu əldə edəcəyi gözlənilmir. Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin əsas liderlər hesab edilən Gitanas Nausedaya 21,1, İnqrid Şimoniteyə 19,5, Saulyus Skvernyalisə isə 18,4 faizi səs verəcəyi açıqlanıb.

Sorğu iştirakçılarının 23 faizi seçkilərə getməyəcəyini bildirib. Bu cavabı verənlər, əsasən 30 yaşadək olan gənclərdir. 8,2 faiz respondent isə seçkilərə gedəcəyini lakin kimə səs verəcəklərinə dair qəti qərar vermədiklərini bildiriblər.