Myanma hava yollarına məxsus “Embraer 190” tipli təyyarə Mandalay şəhər hava limanında ön şassinin açılmaması səbəbindən qəza enişi edib.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, 80 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.
Bildirilir ki, təyyarə paytaxt Yanqondan Mandalaya uçurmuş. Yerli vaxtla səhər 9:00 radələrində pilotlar enişə başlayarkən ön şassinin açılmadığını müəyyən ediblər. Pilotların ustalığı sayəsində təyyarə qəzasız eniş edə bilib.