logo

Sabah Tehranda Quran sərgisi açılacaq

19:17 11-05-2019 | icon 4879
Sabah Tehranda Quran sərgisi açılacaq

Mayın 12-də Tehranda 27-ci Beynəlxalq Quran sərgisi açılacaq.

 YeniAvropa "IRNA" agentliyinə istinadla xəbər verir ki, bu, dünyada Qurana həsr edilən ən böyük tədbirlərdən biridir. Sərgi bir neçə bölmələrə ayrılıb.

Bədii bölmədə dünyanın hər bir yerindən gələn fırça ustaları Müqəddəs Kitabdan ilhamlanmış dəyərli sənət əsərlərini nümayiş etdirəcəklər.

Sərgidə müasir iranlı rəssamların yüzdən çox əl işləri, fotoşəkillər və digər sənət əsərləri təqdim ediləcək.

İki həftə davam edəcək sərgi mayın 26-da başa çatacaq.