BMT-nin baş katibi: Ticarət müharibələrinin qalibi olmur
Bu gün ticarət sahəsində ədalətli beynəlxalq əməkdaşlığın canlanmasına nail olmaq, qloballaşmanın mənfi təzahürlərini aradan qaldırmaq və qalibi olmayan ticarət müharibələrinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir. YeniAvropa təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Dünya Ticarət Təşkilatının tribunasından BMT-nin baş katibi Antonio Quterreş söyləyib.
A.Quterreş vurğulayıb ki, qloballaşma və texnoloji tərəqqi bəşəriyyətə böyük fayda gətirib, iqtisadiyyatın, ticarətin inkişafına, həyat şəraitinin yaxşılaşmasına və yoxsulluğun azaldılmasına kömək edib. O əlavə edib: “Qloballaşma sayəsində ölkələr, biznes və insanlar daha çox qarşılıqlı asılı vəziyyətə düşüblər. Bir çox inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatına inteqrasiya ediblər. 1995—2017-ci illərdə onların dünya ticarətindəki payı 30 faizdən 45 faizə yüksəlib. Lakin bütün ölkələr bu şəraitdən faydalana, eyni zamanda, inkişaf etmiş ölkələr də 2020-ci ilədək dünya ticarətindəki payını ikiqat artırmaq hədəfinə nail ola bilməyiblər. Bir çox dövlətlərdə isə qeyri-bərabərliyin səviyyəsi yüksəlir. Hazırda 700 milyondan çox insan, yaxud dünya əhalisinin 10 faizi yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayır. Bu göstərici qloballaşma prosesində kimin qazandığını və kimin itirdiyini açıq şəkildə sübut edir. Məhrumiyyətlərlə üzləşmiş insanlarda hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb, eyni zamanda, bu prosesdə buraxılan səhvlər beynəlxalq ticarət əməkdaşlığında problemlərə səbəb olub”.
BMT baş katibinin sözlərinə görə, hazırda çoxtərəfli ticarət sisteminin təməlləri çökmək üzrədir. “Daha çox kiçik və az inkişaf etmiş dövlətlər üçün sərfəli olan çoxtərəfli sazişlərdən çəkilmə zərərli tendensiyadır və biz beynəlxalq əməkdaşlığın bərpası üzrə Dünya Ticarət Təşkilatını dəstəkləməliyik. Biz bu təşkilatın 2020-ci ildə balıq məhsullarına subsidiyaların ləğvi və patenti olmayan dərmanların əlçatan olması təşəbbüslərini dəstəkləyirik. Beynəlxalq ticarətin dayanıqlı inkişafa verdiyi töhfə danılmazdır. Lakin bütün üstünlüklərinə baxmayaraq, qloballaşma cəmiyyətdə qorxu yaradıb və çoxtərəfli ticarəti təhlükə altına qoyub”, -deyə A.Quterreş vurğulayıb.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir