Britaniya şahzadəsi Harrinin oğlunun dünyaya gəlməsi ilə bağlı xəbəri meymun şəkli ilə paylaşan "BBC"nin aparıcısı Deni Beykr işdən çıxarılıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Deni Beykr mayın 6-da dünyaya gələn körpəni özünün "Tvitter" səhifəsində meymun şəkli paylaşaraq təbrik edib. Lakin sosial şəbəkələrdə üzləşdiyi reaksiyalardan sonra o, şəkli silərək üzr istəyib.
"BBC"nin bununla bağlı açıqlamasında deyilir: “Bu, təmsil etdiyimiz dəyərlərə uyğun olmayan ciddi bir səhvdir və artıq Denni Beykr "BBC"də proqram aparmayacaq”.