logo

27 dildə danışan poliqlot

18:49 10-05-2019 | icon 3388
27 dildə danışan poliqlot

Macar Otto Qaal 27 dildə sərbəst danışır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, o, həm də Avropada ən çox dil sertifikatı olan poliqlotdur. O.Qaal özünəməxsus dil öyrənmə metodu işləyib hazırlayıb və bu metodla öz şagirdlərinin lap on dil öyrənmələrinə kömək edir.

Hazırda o, dünyanın ən müvəffəqiyyətli poliqlotlarından biridir.

O.Qaal ilk dil sertifikatını 1970-ci illərdə alıb. Bu sertifikat ona ingilis dilini gözəl mənimsədiyinə görə təqdim edilib. Bunun ardınca ispan, italyan və fransız dillərindən müvəffəqiyyətlə imtahanlar verib.

O.Qaal “Fokusz” nəşrinə müsahibəsində etiraf edib ki, elə bir il olub ki, beş dildən imtahan verib. O, 15-ci dili öyrəndikdən sonra başa düşüb ki, dillər arasında əlaqə var. Məsələn, hər bir dildə 800 söz və 80 struktur var. Bu strukturların hər biri həmin dildə mətnlərin 80 faizini təşkil edir. Beləliklə, o, nəinki dil öyrənməyin, həm də öyrətməyin metodunu işləyib hazırlayıb və hazırda bu metodun köməyi ilə tələbələrin dil öyrənməsinə kömək edir.