Gələn həftə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Finlandiyadan Fransaya keçəcək.
YeniAvropa xəbər verir ki, bu, mayın 17-də Helsinki şəhərində öz işinə başlayacaq Avropa Şurası Nazirlər Kabinetinin illik sessiyasında gerçəkləşəcək.
Sessiya zamanı Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monçalən ölkəsinin quruma sədrliyi dövründə həyata keçirməyə çalışacağı prioritet məsələləri açıqlayacaq.
Xatırladaq ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik rotasiya qaydasında hər üzv ölkə üçün 6 ay müddətinə müəyyən edilib.