logo

FTB ölkə ərazisində 850 potensial terrorçu barəsində təhqiqat aparır

12:53 10-05-2019 | icon 2961
FTB ölkə ərazisində 850 potensial terrorçu barəsində təhqiqat aparır

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) ölkə ərazisində 850 potensial terrorçu barəsində təhqiqat aparır. Bundan başqa, federal hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, “ağ” millətçilərin və digər irqçi ekstremistlərin əleyhinə qaldırılan cinayət işlərinin sayı son 6 ayda xeyli artıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, FTB-nin terror əleyhinə şöbəsinin rəisi Maykl MakHarriti Nümayəndələr Palatasında dinləmələr vaxtı deyib: “Amerika Birləşmiş Ştatlarında son illərdə daxili terrorçuların hərəkətləri ilə bağlı həbslər və ölümlərin sayı artıb”. O əlavə edib ki, internetdə daha çox nifrət və ekstremist ideologiyası yayılır, zorakılıq üçün səfərbərlik prosesi əvvəlkindən daha sürətlə gedir. MakHarriti əlavə edib ki, “daxili terrorçuluq” əksər hallarda irqçi, hökumət əleyhinə və ekoloji ekstremizmə əsaslanır. Bu terrorçuların ideoloji mənbəyi isə İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarıdır.

FTB-nin rəsmi nümayəndəsi qeyd edib ki, hər kəs internet vasitəsilə edəcəyi hərəkətlərə bəraət qazandıran kontent tapa bilər. Onun sözlərinə görə, ABŞ-da təhqiqat altında olan 850 cinayət işinin 40 faizi irqçi ideologiya ilə bağlıdır. Bu şəxslərin mütləq əksəriyyəti isə “ağ” millətçilik və “ağların” hegemonluğunu təbliğ edən insanlardır. Terrorçuların qalan hissəsi isə hökumət əleyhinə fəaliyyətlə məşğul olanlardır.