Tramp Con Kerrinin məsuliyyətə cəlb olunmasını tələb edir
ABŞ prezidenti Donald Tramp keçmiş senator və sabiq dövlət katibi Con Kerrini İran hökumətindən olan yüksəkvəzifəli şəxslərlə görüşdüyünə və onların “nə etməli olduğunu” deməsinə görə cümə axşamı onu məsuliyyətə cəlb etməyə çağırıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Kerri Trampın ittihamlarını qətiyyətlə rədd edir. ABŞ KİV-ləri Con Kerriyə yaxın mənbəyə istinadla bildirirlər ki, Tramp ABŞ-ı İranın nüvə sazişindən çıxarandan bəri keçmiş dövlət katibi İran hökumətinin üzvləri ilə danışmayıb.
Trampın müşavirləri İrana münasibətdə gələcək addımları müzakirə etmək üçün cümə axşamı Ağ evdə görüşüblər. Prezident Tramp deyib ki, o, İran ilə müharibə etmək arzusunda deyil və İran rəhbərliyi ilə danışıqlar aparmaq istəyir. Lakin Prezidentin sözlərinə görə, məhz Kerri bunun qarşısını alıb. Tramp deyib: “Con Kerri onlara deyir ki, zəng etməsinlər. Bu, Loqan qanununun pozulması deməkdir və açığını deyim ki, Kerri bu hərəkətinə görə məsuliyyətə cəlb edilməlidir, lakin mənim əməkdaşlarım heç nə etmək istəmirlər”.
Loqan qanununa görə, Amerika vətəndaşlarının xarici dövlətlərin rəsmləri ilə şəxsən danışıqlar aparması qadağandır. 1799-cu ildə imzalanmış bu qanuna əsasən qeyri-rəsmi şəxslərin xarici hökumətlərlə Birləşmiş Ştatlara aid məsələlərə dair federal hökumətin icazəsi olmadan danışıqlar aparmasına və ya əməkdaşlıq etməsinə görə cəza nəzərdə tutulur. Bu qanun filadelfiyalı həkim, fermer və siyasətçi Corc Loqanın şərəfinə belə adlanıb. Loqan 1798-ci ildə ABŞ-ın milli maraqlarına etinasızlıq göstərərək Fransa ilə razılıq əldə etməyə cəhd göstərib. Bu gün Loqan qanununu pozanlar barəsində 3 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin Amerika tarixində hələ heç vaxt bu qanun praktikada tətbiq edilməyib.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir