logo

ABŞ Qətərə 3 milyard dollarlıq “Apache” hücum helikopterləri satacaq

11:57 10-05-2019 | icon 2982
ABŞ Qətərə 3 milyard dollarlıq “Apache” hücum helikopterləri satacaq

ABŞ Dövlət Departamenti Qətərə 3 milyard dollarlıq 24 ədəd “Apache” hücum helikopteri satılması barədə Pentaqonun təklifini təsdiq edib.

 YeniAvropa departamentin saytına istinadla xəbər verir ki, bu satışdan sonra Qətər ordusundakı “AH-64E Apache” helikopterlərinin sayı iki dəfə artacaq. Satış paketində müxtəlif hərbi ləvazimatlar, o cümlədən gecə görmə senzorları, raketlər və silahlar da var.

Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin məlumatına görə, bu helikopterlərdən “yaxın hava dəstəyi, hərbi kəşfiyyat və tank əleyhinə döyüş missiyası” məqsədləri üçün istifadə olunur. Bu texnika, həmçinin Qətər yarımadasında uzunmüddətli müdafiə və hücum missiyasını yerinə yetirməyə qadirdir”. Agentliyin bəyanatında qeyd olunur ki, bu satış Birləşmiş Ştatların xarici siyasəti və milli təhlükəsizliyi baxımından dost ölkələrin müdafiə qabiliyyətinin və Yaxın Şərqdə iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş mühüm addımdır.

Qeyd olunur ki, bu satış paketi ABŞ Konqresi tərəfindən də nəzərdən keçiriləcək. Eyni zamanda, mart ayında Qətər “AH-64E Apache” helikopterlərinin ilk partiyasını qəbul edib.