Mayın 9-da Yaponiyanın cənub-qərbindəki Kyüşü adasında yerləşən "Aso" vulkanı növbəti dəfə püskürüb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, bu, son bir ayda "Aso" vulkanının dördüncü püskürməsidir. Son dəfə vulkan mayın 3-də püskürmüşdü. Hazırda vulkanın kraterindən bir neçə kilometr məsafədə təxliyə zonası mövcuddur.
Püskürmə nəticəsində hər hansı dağıntı və ya onun aviauçuşlara təsiri barədə məlumat verilmir.
Qeyd edək ki, hündürlüyü 1592 metr olan "Aso" Yaponiyanın və dünyanın ən böyük vulkanlarından biri hesab olunur.