logo

Özbəkistanda 40-dək sayt, TV və sosial şəbəkə ekstremist və terrorçu elan edilib

12:59 09-05-2019 | icon 2947
Özbəkistanda 40-dək sayt, TV və sosial şəbəkə ekstremist və terrorçu elan edilib

Özbəkistanın Ədliyyə Nazirliyi ölkədə qadağan olunmuş ekstremist təşkilatların və resursların siyahısını elan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  bundan əvvəl Özbəkistan Ali Məhkəməsi bu təşkilat və resursların fəaliyyətinin qadağan edilməsi haqqında qərar çıxarıb.

Bildirilir ki, Ali Məhkəmənin qərarına görə, xarici ölkələrdə fəaliyyət göstərən “najot.info” və “hizbuzistanistan.info” və digər informasiya portalları, TV kanalları, Facebook, Youtube və Telegram sosial şəbəkələrindəki kanal və səhifələr ekstremist və terrorçu elan edilib.

Siyahıda 40 sayt, sosial şəbəkə və TV-nin adı var.