Ukraynanın Nazirlər Kabineti ölkədə Ata gününün təsis edilməsi barədə qərar qəbul edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Ata günü iyunun üçüncü həftəsinin bazar günü qeyd ediləcək. Bu il Ata günü iyunun 16-na düşür.
Qeyd edək ki, Ata günü bayramının iyunda keçirilməsi ənənəsi 1966-cı ildə ABŞ-dan başlayıb.