logo

İstanbulda təkrar bələdiyyə seçkilərinə görə təyyarələrin uçuş qrafiki dəyişdirilir

18:27 08-05-2019 | icon 2793
İstanbulda təkrar bələdiyyə seçkilərinə görə təyyarələrin uçuş qrafiki dəyişdirilir

Türkiyənin Ali Seçki Komissiyasının İstanbulda bələdiyyə seçkilərinin ləğv olunması və səsvermənin yenidən aparılması qərarından sonra ölkənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  "Türk Hava Yolları"ndan verilən məlumata görə, seçkiyə yaxın tarixlərə alınan təyyarə biletlərinin dəyişdirilməsi asanlaşdırılıb. Belə ki, 2019-cu il mayın 6-dan iyunun 26-dək olan tarixlərə alınmış təyyarə biletləri mayın 15-dək, bəzi biletlər isə mayın 31-dək əlavə xərc tələb edilmədən dəyişdiriləcək.