logo

CHP  23 iyun seçkilərində iştirak edəcək

19:50 07-05-2019 | icon 2835
CHP  23 iyun seçkilərində iştirak edəcək

Türkiyənin  müxalifətdə olan Cümhurriyyət Xalq Partiyası (CHP) bu il iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə öz namizədi ilə iştirak edəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin "NTV" telekanalı xəbər verib.Qeyd edilib ki, bununla bağlı qərarı CHP-nin sədri Kamal Kılıcdaroğlu açıqlayıb.

“Çox gözəl işlər olacaq. Heç kim narahat olmasın. Hər şeyə rəğmən, bu ölkəyə demokratiya gətirəcəyik. Demokratiya uğrunda mübarizə aparacağıq”, - o, vurğulayıb.

K.Kılıcdaroğlu bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticələri ləğv edildikdən sonra CHP Məclisinin toplantısında bu qərar qəbul olunub.

Toplantıya İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, mandatı ləğv edilən Ekrem İmamoğlu, CHP-nin İstanbul əyalət təşkilatının sədr Canan Kaftancioğlu və deputatlar qatılıblar.