"Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırımdır".
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin "NTV" telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
O, İstanbulda keçiriləcək seçkiyə hazırlaşdıqlarını söyləyib.
Xatırladaq ki, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyasının fövqəladə toplantısında martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.