logo

Qazaxıstan MSK-sı prezidentliyə daha üç namizədi qeydə alıb

13:33 07-05-2019 | icon 3150
Qazaxıstan MSK-sı prezidentliyə daha üç namizədi qeydə alıb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə daha üç namizədi qeydə alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bunlar “Auıl” Milli Demokratik Vətənpərvər Partiyasından Toleu Raximbekov, Milli Kommunist Partiyasından Jambıl Axmetbekov və “Millətin taleyi” Milli Vətənpərvər Birliyi Hərəkatından Amirjan Kosanovdur.

Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı yeddiyə çatıb.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri cari il iyunun 9-da keçiriləcək.