Türkiyə hərbçiləri Rusiyada “S-400” raket sistemlərinin istismarı üzr təlimlər keçəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə hərbi-diplomatik mənbələrə istinadla "TASS" agentliyi məlumat yayıb. Bildirilib ki, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “S-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək.
Mənbənin məlumatına görə, Çin hərbi qulluqçuları da mart ayından başlayaraq bu raket sistemlərinin istismarını öyrənirlər. Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.