logo

Papua Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ olub

09:11 07-05-2019 | icon 2982
Papua Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ olub

Mayın 7-də Papua Yeni Qvineyanın şərqində 7,2 bal gücündə zəlzələ olub. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bulolo şəhərindən 33 kilometr şimal-qərbdə, ocağı 126,9 km dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.