Özbəkistan qızıl satışına görə dünyada birinci pilləyə yüksəlib.
YeniAvropa Dünya Qızıl Şurasına (World Gold Council) istinadla xəbər verir ki, Özbəkistan bu ilin yanvar-mart aylarında 3,4 ton qızıl satıb. Siyahıda ikinci yerdə Monqolustan, üçüncü yerdə isə bu müddətdə 1 ton qızıl satan Tacikistan qərarlaşıb.
Bu ilin üç ayında Rusiya 55,3, Türkiyə 40, Çin isə 33 ton qızıl alıb.
Özbəkistan Mərkəzi Bankının məlumatına görə, bu ilin sonuna kimi ölkə 80 ton qızıl satmağı planlaşdırır. Bu isə ötən ildəki göstəricidən 10 ton çoxdur. Bildirilir ki, Özbəkistan 80 ton qızıldan 3,4 milyard dollar gəlir əldə edəcək.