İsrail və Fələstin Qəzza zolağında atəşkəs barədə razılığa gəliblər.
YeniAvropa "Reuters" agentliyinə istinadla xəbər verir ki, saziş Misirin vasitəçiliyi ilə baş tutub.
Bildirilir ki, tərəflər zorakılığa son qoymağı razılaşıblar.
Qeyd edək ki, son bir neçə gün ərzində Qəzza zolağında vəziyyət gərginləşib. Baş verən hücumlar nəticəsində hər iki tərəfdə ölən və yaralanan var.