Moskvanın “Şeremetyevo” hava limanında Rusiyanın Murmansk şəhərinə gedən, “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində 13 nəfər, o cümlədən 2 uşaq həlak olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ilkin ehtimala görə, təyyarə şimşək vurması nəticəsində alovlanıb.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı daha 7 nəfər yaralanıb. Onlardan ikisi bədəninin 15 faiz yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha bir sərnişinin nəfəs yolları zədələnib.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Rusiya Prezidenti Vladimir Putin qəzanın hərtərəfli araşdırılması üçün tapşırıqlar verib. Kremlin mətbuat katibi Dmitri Peskov hadisə zamanı ölənlərin ailələrinə Prezidentin başsağlığını çatdırıb.
Hazırda “Şeremetyevo” aeroportunda 106 reysin uçuşu təxirə salınıb.