Şimali Makedoniya Respublikasında ikinci tur prezident seçkilərinə səsvermə keçirilir. Bu səsvermədə mübarizə Stevo Pendarovski və Gordana Silyanovska arasında aparılır.
YeniAvropa xəbər verir ki, Şimali Makedoniyanın www.mia.mk saytına istinadla xəbər verir ki, 12 saat sürəcək səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21.00) başa çatacaq. Bildirilir ki, məntəqələr üzrə səsvermə normal qaydada başlanıb.
Əhalinin 1.808.131 nəfəri səsvermə hüququna malikdir. Seçicilər ölkə üzə 3480 seçki məntəqəsində siyasi iradələrini ifadə edəcəklər.
Qeyd edək ki, Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərinin birinci turu aprelin 21-də keçirilib. Həmin səsvermədə 4 namizəd mübarizə aparıb.