logo

Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

18:33 03-05-2019 | icon 2996
Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.