logo

Zərif: İran ABŞ ilə hərbi toqquşmanı istisna etmir

17:10 03-05-2019 | icon 3094
Zərif: İran ABŞ ilə hərbi toqquşmanı istisna etmir

İran ABŞ ilə hərbi toqquşmanı istisna etmir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Böyük Britaniyanın “The Independent” qəzetinə verdiyi müsahibədə deyib. O bildirib ki, İran hərbi toqquşmaya can atmır. Lakin ABŞ Fars körfəzində təxribat xarakterli hərbi əməliyyatlar həyata keçirir ki, bu da hərbi toqquşma ehtimalını artırır.

M.C.Zərif 2016-cı ildə Fars körfəzində təxribat törətməyə çalışan bir necə ABŞ hərbçisinin İranın dəniz piyadaları tərəfindən həbs edilməsini misal göstərib. Bildirib ki, həm dövrdə İran möhkəm iradə nümayiş etdirərək təxribata uymadı və ABŞ əsgərlərini azad etdi.

Xatırladaq ki, ABŞ İranı dünya bazarına neft çıxarmaq imkanlarını məhdudlaşdırdıqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, əgər İran dünya bazarına neft çıxara bilməsə, onda Hörmüz boğazını bağlayaraq Körfəz ölkələrini də dünya bazarına neft çıxarmaq imkanından məhrum edəcək. Hörmüz boğazı Fars körfəzi ilə Hind okeanını birləşdirir. ABŞ-ın müttəfiqləri olan Körfəz ölkələri məhz bu boğaz vasitəsilə istehsal etdikləri nefti dünya bazarına çıxarırlar.