logo

Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Finlandiyada görüşəcəklər

16:59 03-05-2019 | icon 2933
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Finlandiyada görüşəcəklər

Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü Finlandiyada keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

O bildirib ki, nazir Sergey Lavrov və dövlət katibi Maykl Pompeonun gələn həftə Finlandiyada görüşü barədə razılıq əldə edilib.

Qeyd edək ki, sonuncu dəfə S.Lavrov və M.Pompeo 2018-ci ildə Helsinkidə görüşmüşdülər