logo

ABŞ vətəndaşı Gürcüstanda ombudsman oldu

19:10 02-05-2019 | icon 2989
ABŞ vətəndaşı Gürcüstanda ombudsman oldu

Gürcüstan baş naziri Mamuka Baxtadzenin təşəbbüsü ilə ölkədə ətraf mühit məsələləri üzrə yeni ombudsman institutu təsis olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hökumət başçısı mayın 2-də Amerika vətəndaşı olan Devid Morrisonu ətraf mühit üzrə ombudsman təyin edib.

Yeni ombudsman ətraf mühitlə əlaqədar vacib məsələlər barədə tövsiyələr hazırlayacaq, ictimai müzakirələrdə iştirak edəcək.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Devid Morrison uzun illər müxtəlif ölkələrdə maliyyə və hüquq məsələləri ilə məşğul olub. 2008-ci ildən müxtəlif ekoloji layihələr icra edir. 2008-2012-ci illərdə Qafqazda Təbiətinin Müdafiəsi Fondunun (CNF) rəhbəri olub.