logo

Fransada Zəhmətkeşlər Günündə 164 mindən çox nümayişçi iştirak edib

23:48 01-05-2019 | icon 3045
Fransada Zəhmətkeşlər Günündə 164 mindən çox nümayişçi iştirak edib

Fransa Daxili İşlər Nazirliyi Zəhmətkeşlər Günü ilə bağlı keçirilən nümayişə ölkə üzrə 164 mindən çox, Parisdə isə 28 min nümayişçinin qatıldığını bildirib. Həmkarlar İttifaqı isə bu rəqəmin 310 min olduğunu deyib.

 YeniAvropa xəbər verir  ki, bir çox media qurumları tərəfindən müstəqil aparılan hesablamalara görə, Parisdə 40 min nümayişçi olub.

Nümayişçilərlə qarşıdurmada polis gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Polis tərəfindən 330-u Parisdə olmaqla 380 nəfər dindirilib, 210-nu Parisdə olmaqla 250 nəfər müvəqqəti saxlanılıb. Parisdə 17 mindən çox yoxlama aparılıb.

Nümayişçilərdən 24, polislərdən isə 14 nəfər yaralanıb.