İnquşetiya Milli Məclisinin deputatı respublikanın qadın sakinini evlənmək məqsədilə qaçırıb.
YeniAvropa "İnterfax" informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə İnquşetiyanın Malqobek rayonunda baş verib. İlkin məlumata əsasən, qaçırılan gəlin əvvəllər Malqobek Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb.
Mübahisənin ağsaqqallar tərəfindən həll olunduğu və toyun bazar gününə təyin edildiyi bildirilir.
Hadisə regionda geniş əks-səda doğurub, belə ki, parlament deputatları qız qaçırmaya görə cəzanın sərtləşməsini və İslam qaydalarına zidd olan qədim Qafqaz adətinin tam aradan qaldırılmasını tələb edirdilər.
İnquşetiya Milli Məclisinin 6-cı çağırış deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü törətdiyi əmələ görə kasıb insanlar üçün mərkəzi məscidə 200 min rubl, bəyin əlbirləri isə 100 min rubl cərimə ödəməli olacaqlar. Əks-təqdirdə onlar teypdən (ailə birliyi) çıxarılacaq.