logo

İran “Nüvə silahının yayılmaması” haqqında sazişdən çıxa bilər

15:48 01-05-2019 | icon 3220
İran “Nüvə silahının yayılmaması” haqqında sazişdən çıxa bilər

"ABŞ-ın təzyiqlərinə cavab olaraq İran “Nüvə silahının yayılmaması” haqqında 1970-ci ildə imzalanan sazişdən çıxa bilər". 

 YeniAvropa xəbər verir  ki, bu fikri  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə ABŞ-a səfəri zamanı yerli mətbuatına müsahibəsində səsləndirib. 

M.C.Zərif daha sonra deyib: “ Dünyanın 190 dövlətinin imzaladığı bu saziş qlobal təhlükəsizliyin təmin olması üçün olduqca vacib beynəlxalq sənəddir. İsrail, Şimali Koreya, Hindistan, Pakistan və Cənubi Sudanın bu sazişi imzalamamasına baxmayaraq, bu günə kimi sazişə əsasən dünyada nüvə silahı istehsalının qarşısı alınıb".

İran nazirinin fikirləri siyasi müşahidəcilərin müxtəlif proqnozlarına səbəb olub.

"CNN" televiziyasının “Weekly news” proqramının aparıcısı tanınmış politoloq Farid Zakariya bildirib ki, İranın bu sazişdən çıxması Yaxın Şərq üçün heç də yaxşı gələcək vəd etmir. Məsələ burasındadır ki, bu regionun zəngin ölkələri başda Səudiyyə Ərəbistanı olmaqla nümunə götürərək sazişdən çıxaraq nüvə silahı yaratmaq istəyinə düşəcəklər. Bu ölkələrin nüvə silahının hazırlanması üçün yeni texnologiyalar almağa kifayət qədər pulları var. Vəziyyətin bu istiqamətdə inkişafı Yaxın Şərqdəki gərginliyi daha da uzada bilər.

“Washinqton post” və digər qəzetlərdə çıxış edən siyasi şərhçilər isə qeyd edirlər ki, ABŞ administrasiyası İrana təzyiqlər edərək xalqı rejimə qarşı qaldırmaq istəyir. Lakin bu iqtisadi təzyiqlərin başqa neqativ hallara gətirib çıxaracağı nəzərə alınmır. ABŞ prezidenti Donald Trampın İran siyasətini yanlış hesab edənlər bildirirlər ki, dünyada yeni nüvə dövlətlərinin yaranmasında təqsirkar rəsmi Vaşinqton olacaq.