logo

İran xurma ixracını qadağan etdi

14:30 01-05-2019 | icon 3682
İran xurma ixracını qadağan etdi

Bazarın Tənzimlənməsi Komitəsinin qərarına əsasən Ramazan ayı ərzində İrandan xurma ixracı qadağan edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, komitə, həmçinin xurmanın qiymətinin 15 faiz aşağı salınması haqqında da qərar qəbul edib. Bununla yanaşı, Ramazan ayı ərzində qəndin, şəkər tozunun, kərə yağının, düyünün qiymətlərinin artırılması qadağan olunub.

Xatırladaq ki, mayın 5-də İranda Ramazan ayı başlayır.

Ötən gün yayılan məlumatlarda Ramazan ayı ilə əlaqədar olaraq tələbat artdığından İranda xurmanın qiymətinin 6 dəfə bahalaşdığı bildirilirdi. Qeyd edilirdi ki,  1 kq xurma 300-350 min riala (təxminən 7,14-8,33 dollar) satılır.

İranın Milli Xurma Assosiasiyasının katibi Əli Əsğər Musəvi KİV-ə müsahibəsində demişdi ki, xurma yığımı mövsümündə dəllallar hər 1 kq xurmanı sadəcə 15-30 riala (təxminən 0,35-0,71 dollar) təsərrüfatlardan satın alır, sonrakı aylarda, əsasən də Ramazan ayında qiyməti süni şəkildə artırırlar.

1 kq xurmanın real qiyməti isə 40-50 min rialdır (təxminən 0,95-1,19 dollar).

0-3

Statistikaya əsasən, İranda ildə 500-550 min ton xurma istifadə edilir.

Bundan əlavə. İran emal edilən xurmanın əsas hissəsi dünya bazarlarına ixrac edilir.