logo

Yaponiyanın yeni imperatoru ilk dəfə xalqa müraciət edib

10:50 01-05-2019 | icon 3066
Yaponiyanın yeni imperatoru ilk dəfə xalqa müraciət edib

Mayın 1-də Yaponiyanın yeniiİmperatoru Naruhito ictimaiyyətin nümayəndələri ilə görüşündə ilk dəfə xalqa müraciət edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hakimiyyət rəmzlərinin yeni imperatora təqdim edilməsindən sonra təşkil edilən mərasimdə imperator Naruhito konstitusiyaya tam ciddiliyi ilə əməl edəcəyini, sülh işinə töhfələr verəcəyini və dövlətin və xalqın birliyinin rəmzi olaraq öz vəzifələrinin icrası üçün çalışacağını bildirib.

İmperator Naruhitonun monarx kimi xalqa ilk müraciəti milli telekanallar vasitəsilə birbaşa yayımlanıb.

Tədbirdə imperator ailəsinin üzvləri, baş nazir Şinzo Abe, parlamentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin sədri və yerli hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Taxta çıxdıqdan sonra ilk dəfə xalqa müraciət edən imperator Naruhito deyib: “Yaponiya konstitusiyasına və İmperator Evinin xüsusi tədbirlər qanununa uyğun olaraq bu gün mən taxta çıxıram. Mən tam ciddiliyi ilə bu vəzifənin məsuliyyətini başa düşürəm. Taxta çıxarkən and içirəm ki, əlahəzrət imperatorun keçdiyi yol barədə dərindən düşünəcək, keçmiş imperatorların keçdiyi yolu xatırlyaraq, özümü kamilləşdirməyə çalışacağam. And içirəm ki, konstitusiyaya uyğun olaraq, həmişə öz fikirlərimi xalqa yönəldərək və onu dəstəkləyərək, dövlətin və xalqın birliyinin rəmzi kimi öz vəzifələrimin öhdəsindən gəlməyə çalışcağam. Xalqımızın xoşbəxtliyi və gələcək inkişafı üçün, həmçinin bütün dünyada sülhün mövcudluğu üçün səmimi dualar edirəm”.

Tədbirdə çıxış edən baş nazir Şinzo Abe deyib: “Biz əlahəzrətə dövlətin və xalqın birliyinin rəmzi kimi hörmətlə yanaşırıq. Radikal şəkildə dəyişən qlobal dünyada biz sülh, ümidlər ölkəsi kimi qürur duyduğumuz Yaponiyanın gələcəyini təmin etmək üçün qətiyyətliyik. Biz, həmçinin insanların qəlblərini birləşdirərək mədəniyyətlərini inkişaf etdiridiyi bir dövr qurmaq yolundayıq. Biz səmimi olaraq ümid edirik ki, Reiva dövrü sülh, əmin-amanlıq dövrü olacaq və İmperator ailəsi çiçəklənməkdə davam edəcək”.

Qeyd edək ki, imperator Naruhitonun 59 yaşı var. O, İkinci Dünya müharibəsindən sonra anadan olan ilk monarxdır.

Eyni zamnda, bu, son 200 ildə ilk dəfə imperatorun sağlığında taxtın yeni imperatora təhvil verilməsidir. Müasir Yaponiya tarixində isə, ilk dəfə həm hakim, həm də taxtdan imtina etmiş imperatorun mövcud olduğu dövrdür.