logo

Xurmanın qiyməti 6 dəfə bahalaşdı

18:49 30-04-2019 | icon 3192
Xurmanın qiyməti 6 dəfə bahalaşdı

İranda xurmanın qiyməti 6 dəfə bahalaşıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  1 kq xurma 300-350 min riala (təxminən 7,14-8,33 dollar) satılır.

İranın Milli Xurma Assosiasiyasının katibi Əli Əsğər Musəvi deyib ki, xurma yığımı mövsümündə dəllallar hər 1 kq xurmanı sadəcə 15-30 riala (təxminən 0,35-0,71 dollar) təsərrüfatlardan satın alır, sonrakı aylarda, əsasən də Ramazan ayında qiyməti süni şəkildə artırırlar.

1 kq xurmanın real qiyməti isə 40-50 min rialdır (təxminən 0,95-1,19 dollar).

Statistikaya əsasən, İranda ildə 500-550 min ton xurma istifadə edilir.

Bundan əlavə. İran emal edilən xurmanın əsas hissəsi dünya bazarlarına ixrac edilir.