logo

İqtisadiyyat nazirinə cinayət işi qaldırıldı, evində axtarış aparıldı

14:49 30-04-2019 | icon 3199
İqtisadiyyat nazirinə cinayət işi qaldırıldı, evində axtarış aparıldı

Dağıstanın iqtisadiyyat və ərazi inkişaf naziri Osman Xasbulatov iki sutkalıq saxlanılıb.

 YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, Xasbulatov respublikanı tərk etmək istəyərkən təyyarədən endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nazirin evində və iş yerində axtarışlar aparırlar. Xasbulatovun Dağıstan Daxili İşlər Nazirliyinin qaldırdığı cinayət işi ilə bağlı saxlanıldığı bildirilir.

Respublikanın Ədliyyə Nazirliyi qurumun binasında və nazirin yaşadığı evdə axtarış aparıldığını təsdiqləyib və nazirliyin adi iş rejimində fəaliyyət göstərdiyi qeyd olunub.