logo

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirildi

15:08 30-04-2019 | icon 2968
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirildi

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni təcili tibbi yardım maşını ilə Milanın “San-Raffaele” xəstəxanasına gətirilib. Hələlik onun səhhəti ilə bağlı təfərrüatlar bəlli deyil.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 82 yaşlı siyasətçi 2016-cı ildə keçirdiyi ürək əməliyyatdan sonra bu yaxınlarda tibbi müayinədən keçib.

“İrəli, İtaliya” partiyasının dəyişməz lideri bu gün ərzində Avropa parlamentinə seçkilərdə namizədlərinin adlarını təqdim etməli idi. O, bir qədər əvvəl özünün də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi.